Menu

Bakıda 17 yaşlı qız özünü binadan yerə atıb

31.03.2017, 00:07
Bakıda 17 yaşlı qız özünü binadan yerə atıb

Bakının Suraxanı rayonu ərazisində intihar hadisəsi baş verib.

"Report" xəbər verir ki, 2000-ci il təvəllüdlü Natavan Quliyeva özünü Hövsan qəsəbəsində yerləşən binanın 7-ci mərtəbəsindən yerə atıb.

Zərərçəkmiş 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol