Menu

Daha bir ştat Trampın viza qadağasını ləğv etdi

31.03.2017, 16:32
Daha bir ştat Trampın viza qadağasını ləğv etdi

 

Havay adalarının Federal məhkəməsi martın 6-da ABŞ Prezidenti Donald Trampın “əhalisinin əksəriyyəti müsəlman olan 6 ölkənin vətəndaşlarının ölkəyə daxil olması haqda” imzaladığı fərmanın icrasına müddətsiz qadağa qoyub.

Axar.az xəbər verir ki, bu qanun yalnız hökmün məhkəmə tərəfindən ləğvindən sonra icra oluna bilər.

Fərmana əsasən, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olması qadağan olunurdu.

Xatırladaq ki, hakim Derrik Vatson qanunun tətbiqini təxirə salmaq haqda qərar qəbul etmişdi. İddiaçıların xahişindən sonra isə fərmanın icrası ikinci dəfə təxirə salınmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol