Menu

Səlim Müslümovun qəbulunda əlil özünü doğradı

30.05.2014, 11:19
Səlim Müslümovun qəbulunda əlil özünü doğradı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində intihara cəhd hadisəsi baş verib. Mayın 29-da günorta saatlarında nazirliyin binasında 53 yaşlı əlil Rəsid Nəbiyev özünə bıçaqla xəsarət yetirib. “Aznews.az”ın yaydığı məlumatda bildirilir ki, yaralı dərhal akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə yerləşdirilib.

Mərkəzdən xəstə üzərində dərhal cərrahiyyə əməliyyatı aparıldığı təqdiqlənib.

R.Nəbiyevin intihara cəhd etməsinə səbəb kimi isə əlilliyin müəyyənləşdirilməsi ilə bağlı ekspert rəyinə etiraz etməsi göstərilir. Şahidlər deyiblər ki, 1-ci qrup əlil olan R.Nəbiyevin təkrar komissiyada dərəcəsi azaldılaraq 3-cü dərəcəyə endirilib. Əlil də buna etiraz edərək, özünü doğrayıb.

Hadisə ilə bağlı hələlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yaymayıb.

- See more at: http://axar.az/news/19624#sthash.L0UrV8wY.dpuf

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol