AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, «İslam dövləti» qruplaşması ABŞ-a müraciət ünvanlayıb və onun Prezidenti Donald Trampı idiot adlandırıb.
«Amerika, sən qərq olursan və xilaskarın yoxdur. Sən, dünyanın hər yerində xilafət əsgərinin qurbanı oldun, sən müflis oldun və sənin ölümünün əlamətləri hər kəsə aydındır» - qruplaşmanın dərc etdirdiyi müraciətdə deyilir.
«Səni, Suriyanın, İraqın və ya islamın nə olduğunu anlamayan idiot idarə edir» - deyə, islamçılar Trampı xarakterizə ediblər.


Şərhlər