Menu

Bakı-Gəncə ekspress qatarının fəaliyyəti dayandırılır

05.04.2017, 15:15
Bakı-Gəncə ekspress qatarının fəaliyyəti dayandırılır

Bakı-Gəncə -Bakı ekspress qatarının hərəkəti bir ay müddətinə dayandırılır. Bu barədə Turan-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, bir sıra səbəblərdən 608/607 saylı Bakı-Gəncə-Bakı ekspress qatarının dayandırılmasına qərar verilib. “Birinci, müştəri sayı az idi, bununla da iqtisadi səmərəlilik yox idi, digər tərəfdən isə yolda təmirlə bağlı gecikmələr olurdu. Bütün bunlar nəzərə alınaraq qərar verildi”, - mənbə bildirib.

Ölkənin iki böyük şəhəri arasında ekspress qatar bir neçə ildir ki, fəaliyyət göstərirdi. İri yaşayış məntəqələrində kiçik fasilələr etməklə 380 km. –lik məsafəni 6 saata gedirdi. Bu, həmin istiqamətdə hərəkət edən adi sərnişin qatarından iki dəfə tez idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol