Menu

Leyla Yunus evinin önündə jurnalistlərə açıqlama verib - FOTOLAR

30.05.2014, 16:38
Leyla Yunus evinin önündə jurnalistlərə açıqlama verib - FOTOLAR

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus öz evinin qarşısına toplaşmış mətbuat nümayəndələrinə açıqlama verib. O, bildirib ki, prokurorluğa çağırılarkən bunun səbəbini soruşub. Qarşı tərəfdən çağırışın Rauf Mirqədirovun işi ilə bağlı olduğu cavabını aldıqdan sonra Leyla Yunus bu məsələ haqqında heç bir suala cavab verməyəcəyini bildirdiyini vurğulayıb.

Leyla Yunus daha sonra jurnalistlərə deyib ki, o, prokurorluğa getmək üçün hüquq-mühafizə orqanının təmsilçisinə onun və həyat yoldaşı Arif Yunusun pasportlarını evə göndərməsiylə bağlı şərt irəli sürüb. Və bu şərt yerinə yetiriləcəyi təqdirdə, gələn həftənin ilk iş günündə saat 10-da prokurorluğa gedə biləcəyini vəd edib. Ancaq prokurorluğun təmsilçisi ona bildirib ki, Leyla Yunus məhz bu gün saat 14:30-da gəlib, ifadə verməlidir.

Leyla Yunus onu da vurğulayıb ki, Fransa prezidenti Fransua Ollandla görüşdən sonra ona qarşı münasibət əvvəlcə nisbətən yumşalıb. Ancaq Leyla Yunus onu da vurğulayıb ki, Fransa prezidentiylə görüşdən bir qədər keçdikdən sonra ona qarşı təzyiqlərin yenidən güclənəcəyini əvvəlcədən bilirmiş.

Son məlumata görə, Leyla Yunusun evinin ətrafında mülki geyimli şəxslərin sayının artdığı müşahidə edilməkdədir. Mətbuat nümayəndələrinin ehtimallarına görə, bu, Leyla Yunusun həbsinə hazırlığın əlaməti də ola bilər.(musavat.om)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol