Menu

Şirvanda avtomobil 75 yaşlı qadını vuraraq öldürüb

06.04.2017, 20:46

Qezada-sinmish-padpres-180912Şirvanda piyadanın ölümü ilə nəticələnə qəza baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Gülbala Şıxbalaoğlu küçəsində baş verib. Nefçala rayonunun Surra kənd sakini, 1942-ci il təvəllüdlü Hüseynova Xanımgül Nəsir qızı yolu keçərkən “QAZ-24” markalı avtomobil tərəfindən vurulub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol