Menu

“Suriyadakı aviabazaya raket zərbələri təcavüz aktıdır” - Lavrov

07.04.2017, 13:23

Russian FM Lavrov attends news conference in Moscow“ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri saxta bəhanəsi olan təcavüz aktıdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Daşkənddə MDB XİN başçıları Şurasının iclasında bildirib.

"ABŞ-ın Suriya aviabazasına raket zərbələri 2003-cü ildə İraqdakı vəziyyəti xatırladır. Bu, tamamilə saxta bəhanəsi olan təcavüz aktıdır. Bu hadisə 2003-cü ildə ABŞ və Böyük Britaniyanın bir neçə müttəfiqləri ilə İraqa hərbi müdaxiləsini xatırladır", - deyə o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol