Arif Əsgərovun adı ətrafında hallanan qalmaqallara daha bir əlavə edilib. Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalan nəqliyyat nazirinin müavini Arif Əsgərovun həbsdə olan digər baldızı oğlu da azadlığa buraxılıb. Musavat.com xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun barəsəndə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı verilən vəsatətə baxılıb və Emil Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Bildirək ki, E.Hüseynov bir neçə nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinərək həbs edilmişdi.
İttihama görə, Emil Hüseynov vətəndaşlar- Tural Hüseynovun etibarından sui-istifadə edərək ondan 382 min dollar, Namiq Mehtiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan 19 min 500 manat pul alıb. İş görmək adı ilə adı çəkilən şəxslərdən pul alan E.Hüseynov daha sonra həmin məbləğləri dələduzluq yolu ilə ələ keçirib.
Pullarını geri ala bilməyən şəxslər hüquq-mühafizə orqanlarına şikayət ediblər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı E.Hüseynov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb.
Cinayət işi materiallarına əsasən, E.Hüseynovu bu pulları Gürcüstandan mal gətirmək adı ilə alıb.
Zərərçəkmişlər bu qərardan narazıdır
Zərərçəkmiş Tural Hüseynovun vəkili Emil Aslanov musavat.com-a bildirib ki, təqsirləndirilən E.Hüseynov 2016-cı ilin dekabr ayında Qazaxıstanda həbs edilib. Vəkilin sözlərinə görə, təqsirləndirilən E.Hüseynov zərərçəkmişlərdən aldığı pulu geri qaytarmadığı üçün barəsində cinayət işi açılacağından öncədən xəbər tutduğu üçün ölkədən qaçıb: “Daha sonra onun barəsində “İnterpol” xətti ilə axtarış elan olundu və ötən il Qzaxıstanda həbs edilərək Azərbaycana təhvil verildi. Hakim Azər Tağıyev isə onu ev dustaqlığına buraxdı. Biz qərardan əvvəl məhkəmədə dəymiş ziyan barədə çıxış etdik. Mən çıxışımda bildirdim ki, Emil Hüseynov ev dustaqlığına buraxılan kimi yenə istintaqdan qaçacaq. Ali Məhkəmənin plenum qərarında göstərilib ki, ağır cinayətlərdə ev dustaqlığına buraxmaq olmaz. Bu, Bakı Ağır Cinayətlər Məhkəməsinə gedən bir iş idi. Lakin hakim onun vəsatətini təmin edib, azadlığa buraxdı”.
Arif Əsgərovun iki baldızı oğluna azadlıq verən hakim

Bildirək ki, Rahib Hüseynovun adı 48 milyon manatlıq mənimsəmə işində hallanır.
Vəkil Emil Aslanov deyib ki, Arif Əsgərovun baldızı oğlunun azadlığa buraxılması ilə bağlı çıxarılan qərardan apellyasiya şikayəti verəcəklər:
“Həmçinin məhkəmənin qərarından sonra prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Məhkəmə-Hüquq Şürasının sədri Fikrət Məmmədova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edəcəyik”.
Arif Əsgərovun oğlu haradadır?

Bildirək ki, Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib.
A.Əsgərovun adı heç də kiçik qalmaqallarda çəkilməyib. Hələ 2013-cü ildə QSC-də külli miqdarda- 48 milyonluq yeyinti faktı aşkarlanıb.

Arif Əsgərovun oğlunun isə ölkəni tərk etdiyi bildirirlir.


Şərhlər