Menu

Ukrayna sərhədinə hücum

31.05.2014, 01:47
Ukrayna sərhədinə hücum

Hərbi əməliyyatlar Luqansk vilayətində gedir

Hərb Ukraynanın Dövlət Sərhəd Xidmətindən bildiriblər ki, Luqansk vilayətində “Dyakovo” sərhəd dəstəsi hücuma məruz qalıb.

ANS PRESS-in məlumatına görə, Ukrayna sərhədçilərinə kömək üçün hərbi aviasiya qaldırılıb.

"Təxminən 30 dəqiqə qabaq 80-ə yaxın terrorçu "Dyakovo" sərhəd xidməti şöbəsinə hücum edib", - deyə Bakı vaxtı ilə saat 22:00-də Ukrayna sərhəd xidmətinin mətbuat xidmətinin başçısı Oleq Slobodyan bildirib.

Verilən məlumata görə, seperatçılar avtomat, qumbaraatan və pulemyotlardan istifadə edir. Sərhədçilər döyüşməkdə davam edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol