«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Belarus respublikasının Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Rusiya hələlik tamməzmunlu İttifaq dövləti qurmağa hazır deyil. O, Moskvanı iqtisadi sahədəki məsələləri bərabərhüquqlu qaydada həll etməyə çağırıb.
«İttifaq dövləti qurmaq haqqında müqavilə… Biz ki, ondan uzaq düşmüşük. Biz, referendum keçirməliydik və ümumi qanunlar yaratmalıydıq - bizim gələcək ittifaq dövlətinin konstitusiyasını. Ancaq biz, vaxtında-vədəsində bunu etmədik - götürdük, ayrıca məsələləri ortaya atdıq və onları həll etməyə başladıq» - deyə, Lukaşenko «Mir» telekanalına verdiyi müsaşibədə bildirib. Müsahibənin stenoqramı Belarus Prezidentinin rəsmi saytında yerləşdirilib.
Belarus lideri qeyd edib ki, amma Minsk və Moskva «insanlar üçün bütün problemləri həll etdi - insanların, işçi qüvvəsinin sərbəst hərəkət etmələri üçün». İqtisadiyyatda isə çətinliklər var, xüsusilə məhsulların daşınması sahəsində.
İttifaq dövlətinin formalaşdırılmasından danışarkən, Lukaşenko bəyan edib: «Biz, bu gün buna hazır deyilik, həm də nəinki belaruslar, eyni zamanda rusiyalılar, Rusiya rəhbərliyi».
Onun fikrincə, iki ölkənin insanları və müəssisələri yaşamaq və işləmək üçün bərabər şəraitə malik olmalıdırlar: «Gəlin, razılaşaq - bizim müəssisələr təbii qazı Rusiya müəssisələri ilə müqayisədə 5 dəfə baha alırsa, hanı burada bərabər şərait? Bazar ki, ümumidir - burada necə rəqabət aparasan?»
Laukşenko böhran şəraitində Rusiyanı «milli çərçivəyə qapanmamağa çağırıb».
«Rusiyaya qarşı sanksiyalar tətbiq etdilər, ayrıca istiqamətlər üzrə sanksiyalar Belarusa qarşı da hələlik qüvvədədir… Belədə, gəlin bu gün birlikdə fəaliyyət göstərək. Məhz indi bizi birləşdirəcək məqamdır, biz isə əksinə, problemlər yaradırıq ki, birləşməyək, əksinə müxtəlif istiqamətlərə aralaşaq…»

Şərhlər