AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Pentaqon Suriyada uçuşların təhlükəsizliyi üzrə Moskva ilə təmasların davam edəcəyinə ümidlə yanaşır. Bu barədə, Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi Mişel Baldansa bəyan edib.
Onun sözlərinə görə, dialoq Suriyadakı tərəflərin hər biri üçün sərfəlidir, çünki hava məkanında insidentlərdən qaçmağa kömək edir.
Baldansa ümid etdiyini bildirib ki, Rusiya Müdafiə Nazirliyi (MN) də bu nəticəyə gələcək.
Məlumdur ki, ABŞ-n Suriya aviabazasına «Tomaqavk» zərbəsindən sonra Rusiya MN rəsmi olaraq, Pentaqonla «qaynar xətt» kanallarının işinin dayandırıldığını bildirib.

Şərhlər