Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli bu gün İctimai Televiziyanın namizədlər üçün ayrılmış pulsuz efir vaxtında digər namizədlərlə birgə canlı teledebatda olacaq. "C. Həsənli öz çıxışında Seçki Platformasından tezisləri seçicilərə çatdıracaq, ölkədəki mövcud ictimai siyasi vəziyyət, antidemokratik durum, ölkəni bürümüş korrupsiya, avtoritar idarəetmə və s. məsələlər barədə danışacaq", deyə namizədin Seçki Qərargahının bu günkü açıqlamasında bildirilir.
"Xatırladaq ki, Cəmil Həsənlinin öncəki debatında hakimiyyət tərəfindən hazırlanmış və seçkiyə buraxılmış bəzi namizədlər onu düşünülmüş şəkildə təhqir edərək efir vaxtına müdaxilə etmişdir. Təəssüflə qeyd etmək lazımdır ki, namizəd tərəfindən bu barədə Mərkəzi Seçki Komissiyasına və İctimai Televiziyaya müraciət olunsa da heç bir tədbir görülməyib."
İTV- də sayca 7-ci teledebat saat 19 00- da başlayacaq.


Şərhlər