Menu

Bakıda ekskavator dayanacağa girdi: yaralılar var

31.05.2014, 10:08
Bakıda ekskavator dayanacağa girdi: yaralılar var

Bu gün səhər saatlarında paytaxtın Nərimanov rayonu Ziya Bünyadov prospektində ağır yol qəzası baş verib.

Pprospektin Böyükşor qəsəbəsindən keçən hissəsində ekskovator yol kənarında dayanan avtomobillərə çırpılıb. Qəza zamanı dayanacaqda avtobus gözləyən 4 piyada xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşınları tərəfindən xəstəxanaya çatdırılıblar. Onlardan birinin durmunun ağır olduğu deyilir. Qəza nəticəsində bir neçə avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə gələn yol polisi əməkdaşlarının sözlərinə görə, ilkin ehtimallar qəzaya ekskavatorun yüksək sürətlə hərəkət etməsi və sürücünün sükan arxasında yuxulamasının səbəb olduğunu göstərir.

Yaralılardan 3-nün adını dəqiqləşdirmək mümkün olub. Bunlar paytaxt sakinləri Həsənova Nərminə, Həsənov Eynar və Həsənov Söhrabdır. Digər yaralının və ekskavator sürücüsünün adı dəqiqləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol