Menu

«ABŞ Suriyada yeni fəaliyyətə hazırdır» - Trampın müşaviri

10.04.2017, 00:59
«ABŞ Suriyada yeni fəaliyyətə hazırdır» - Trampın müşaviri

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri, general Herbert Makmaster bəyan edib ki, Vaşinqton Suriyada hökumətə sadiq hərbi hissələrin yerləşdiyi bazaya raket zərbələri endirməklə kifayətlənməyəcək: «Suriyada kimyəvi silahların tətbiqinin qarşısını almaq üçün Amerika yeni addımlar atmağa hazırdır».

«Bizim məqsədimiz kimyəvi silahdan istifadənin davam etməsini dayandırmaqdan ibarət idi… Biz, daha artığını etməyə hazırıq» - deyə, müşavir «Fox News» telekanalına müsahibəsində qeyd edib.

Bundan əvvəl xəbər verilmişdi ki, Suriyanı dəstəklədiyi üçün Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək barədə fikirləşir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol