Menu

Dənizdən tapılan meyitin kimə məxsus olduğu bilindi - Neftçidir

10.04.2017, 13:03
Dənizdən tapılan meyitin kimə məxsus olduğu bilindi - Neftçidir

Aprelin 9-u Xəzərdə tapılan kişi meyitinin kimə aid olduğu təxmini müəyyənləşdirilib.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən lent.az-a bildirilib ki, həmin kişi meyitinin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən Bəhrəmov Cavidə məxsus olduğu təxmin edilir.

Bildirilib ki, qohumları tərəfindən təxmini tanınan meyitin nümunələri genetik ekspertizaya göndərilib və dəqiq nəticə bundan sonra bilinəcək. Ondan sonra meyit ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, C. Bəhrəmov operator vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol