Menu

"ABŞ-ın Suriyaya raket zərbəsi danışıqlar prosesinə zərər verdi" - Ruhani

10.04.2017, 13:37

hesen-ruhaniABŞ-ın Suriyada bazaya raket zərbəsi endirməsi danışıqlar prosesinə zərər verib. Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani deyib.

H.Ruhani qeyd edib ki, Suriyada böhran yalnız siyasi yolla həll oluna bilər:

"Suriya ilə bağlı yekun qərar siyasi yolla mümkündür. Biz hesab edirik ki, danışıqlar yaxşıya doğru irəliləməlidir ki, Suriya böhranının yekun həllinə yaxınlaşa bilək. Lakin ABŞ-ın hərəkəti danışıqlar prosesinə zərər verdi".

ABŞ Prezidenti Donald Trampın Suriyaya zərbə endirmək barədə qərarını da pisləyən İranın dövlət başçısı bildirib ki, təkrar bombardman regionda vəziyyəti daha da çətinləşdirəcək.

MƏQALƏDƏ: Həsən Ruhani Suriya

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol