Menu

Əfqanıstanda İŞİD-in “Şir” ləqəbli lideri öldürülüb Böyüt

10.04.2017, 19:45
Əfqanıstanda İŞİD-in “Şir” ləqəbli lideri öldürülüb  Böyüt

Ötən gecə Əfqanıstan təhlükəsizlik qüvvələri ölkənin şimalında İŞİD terror qruplaşmasının liderlərindən biri olan “Şir” ləqəbli Kari Şer Məhəmmədi məhv edib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Əfqanıstanın Sari-Pul əyalətinin qubernatoru Məhəmməd Zahir Vahdat “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Əməliyyat zamanı terrorçunun 3 mühafizəçisi də məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol