Menu

Rusiyanın Nikaraquadakı stansiyası ABŞ-ı izləyir! - «Washington Post» qəzeti

11.04.2017, 00:41
Rusiyanın Nikaraquadakı stansiyası ABŞ-ı izləyir! - «Washington Post» qəzeti

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerikanın «Washington Post» qəzeti bu günlərdə xeyli maraqlı bir material dərc edib. Məqalədə qeyd qeyd olunduğuna görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəsmi şəxsləri ehtimal edirlər ki, Rusiyanın Nikaraqua ərazisində yerləşən «QLONASS» stansiyası ABŞ vətəndaşlarını müşahidə altına ala bilər.

Qəzetin yazdığına görə, ABŞ-ın bir sıra rəsmi şəxsləri ehtiyat edirlər ki, sözügedən stansiya Amerika vətəndaşlarını müşahidə etmək üçün nəzərdə tutulmuş «ikili təyinatlı» obyekt ola bilər.

Adının açıqlanmasını istəməyən məmurlardan biri bəyan edib ki, stansiyada hər zaman «qızğın fəallıq» müşahidə olunub, son zamanlar isə bu fəallıq bir qədər də artıb.

Ayrıca qeyd olunur ki, ABŞ Dövlət Departamenti Nikaraquaya rus dilini bilən və Moskvada iş təcrübəsi olan Amerika diplomatları göndərib.

Sözügedən obyekt rəsmi olaraq, «QLONASS» peyk sisteminin işini təmin edən stansiyalar şəbəkəsinə daxildir. Rusiyanın monitorinq stansiyası Nikaraquanın paytaxtı Manaquanın yaxınlığında yerləşir.

Beləliklə, ehtimal etmək olar ki, ABŞ hakimiyyəti az müddətdən sonra, «son prezident seçkilərinə Rusiyanın müdaxiləsi» qalmaqalını bu stansiyanın fəaliyyəti ilə bağlayacaq və onun qapadılmasını tələb edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol