Menu

Polis əməkdaşları 5 kiloqrama yaxın heroin tapdı

11.04.2017, 13:48
Polis əməkdaşları 5 kiloqrama yaxın heroin tapdı

Biləsuvar rayonunda yol kənarında polis əməkdaşları 5 kiloqrama yaxın heroin aşkar edib.

"Report"un Aran bürosunun məlumatına görə, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) Səmədabad Polis Bölməsinin (PB) əməkdaşları Biləsuvar-Cəlilabad yolunda 4,6 kiloqram narkotik vasitə olan heroin aşkar ediblər.

Narkotik vasitənin İran İslam Respublikasından qaçaqmal yolu ilə Azərbaycana keçirilməsi ehtimal edilir.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol