Menu

İran komandiri öldürüldü - Sərhəddə atışma 

11.04.2017, 15:30
İran komandiri öldürüldü - Sərhəddə atışma 

İran İnqilab Keşikçiləri Korpusunun komandiri ölüdürülüb.

Axar.az xəbər verir ki, hadisə Pakistan-Əfqanıstan sərhədində iki nəfərin komandirə atəş açması nəticəsində baş verib.

Mühafizəçilər təcavüzkarlara atəş açaraq zərərsizləşdiriblər.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, komandir Ruhullah Əli pusqu nəticəsində öldürülüb.

Xatırladaq ki, Pakistan-Əfqanıstan sərhədinə yaxın qarşıdurma bölgəsində sünni məzhəbinə aid bəluclar yaşayır. Bölgədə tez-tez təhlükəsizlik gücləri ilə radikal Cundullah təşkilatı arasında qarşıdurmalar yaşanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol