Menu

"Qarabağ"ın bütün rəqibləri bəlli oldu (SİYAHI, VİDEO)

01.06.2014, 11:47
"Qarabağ"ın bütün rəqibləri bəlli oldu (SİYAHI, VİDEO)

 Ağdam təmsilçisinin qatılacağı ikinci təsnifat mərhələsinin görüşləri 15-16 və 22-23 iyul tarixlərində baş tutacaq

Futbol üzrə UEFA Çempionlar Liqasının birinci və ikinci təsnifat mərhələsinin bütün iştirakçıları müəyyənləşib. ANS PRESS-in məlumatına görə, bu turnirdə Azərbaycanı təmsil edəcək Ağdamın "Qarabağ" futbol klubunun bütün potensial rəqibləri artıq bəllidir.

Birinci təsnifat mərhələsi

Səpələnmişlər: Levadiya (Estoniya), Torshavn (Farer adaları), Santa-Koloma (Andorra).

Səpələnməmişlər: Banants (Ermənistan), Linkoln Red İmps (Cəbəllütariq), La Fiorita (San Marino).

İkinci təsnifat mərhələsi

Səpələnmişlər: Styaua (Rumıniya), Seltik (Şotlandiya), BATE (Belarus), Sparta (Çexiya), Dinamo (Xorvatiya), Ludoqorets (Bolqarıstan), Makkabi (Təl-Əviv, İsrail), Şerif (Moldova), Maribor (Sloveniya), Legiya (Polşa), Debretsen (Macarıstan), Srvena Zvezda (Serbiya), Slovan (Slovakiya), Aktobe (Qazaxıstan), Ventspils (Latviya), Qarabağ (Azərbaycan), HJK (Finlandiya).

Səpələnməmişlər: Dinamo (Tiflis, Gürcüstan), Malmö (İsveç), Reykyavik (İslandiya), Düdelanj (Lüksemburq), Stromsqodset (Norveç), Nyu-Seynts (Uels), Sent-Patrik Atletik (İrlandiya), Skenderbeu (Albaniya), Rabotniçki (Makedoniya), Valletta (Malta), Jrinski (Bosniya və Herseqovina), Kliftonvill (Şimali İrlandiya), Jalgiris (Litva), Sutyeska (Monteneqro).

Qeyd edək ki, ilk təsnifat mərhələsinin oyunları iyulun 1-2-də, cavab görüşləri 8-9 iyulda keçiriləcək.

"Qarabağ"ın da qatılacağı ikinci təsnifat mərhələsinin görüşləri isə 15-16 və 22-23 iyul tarixlərində baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol