Menu

Bakıda intihar - 45 yaşlı kişi özünü asdı

12.04.2017, 10:41
Bakıda intihar - 45 yaşlı kişi özünü asdı

Sulutəpə qəsəbəsində intihar hadisəsi baş verib. Binəqədi rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Sulutəpə qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Əliyev Müşfiq Cənnət oğlu özünü yaşadığı evin həyətindəki qaz borusundan asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol