Nigeriya təhlükəsizlik qüvvələri “Boko Haram” terrorçularının Abucada yerləşən ABŞ və Böyük Britaniya diplomatik nümayəndəliklərinə hücumun qarşısını alıb.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə hüquq mühafizə orqanındakı mənbə məlumat verib. Qeyd olunub ki, terrorçular digər Avropa ölkələrinin səfirliklərinə də hücum etməyi planlaşdırırmış.
Agentliyin məlumatına görə, 22 mart tarixində saxlanılan terrorçunun ifadəsindən sonra planın üstü açılıb.

Şərhlər