Menu

“ABŞ-la Rusiya qətiyyən yola getmirlər” - Tramp

13.04.2017, 09:22
“ABŞ-la Rusiya qətiyyən yola getmirlər” - Tramp

Rusiya ilə münasibətlər ən aşağı səviyyəyə düşüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp NATO baş katibi Yens Stoltenberq ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

“Biz Rusiya ilə qətiyyən yola getmirik. Buna baxmayaraq, Moskva ilə münasibətləri normallaşdırmağa çalışırıq. Putin ilə, Rusiya ilə münasibətlərimizi düzəltsək, çox yaxşı olardı. Ümumiyyətlə, mən hamı ilə yola getmək istəyirəm. Prezident postunda səlahiyyət müddətim başa çatdıqda, dünya daha yaxşı olacaq”, deyə D.Tramp.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol