«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikasının (ÇXR) rəhbərliyi bəyan edib ki, Koreya yarımadasında müharibə və xaosun başlanmasına imkan verilməyəcək.
«Bütün münaqişə tərəfləri dialoqa can atmalıdırlar» - deyə, ÇXR xarici işlər naziri Van İ bəyan edib. Xəbəri «47news » yapon nəşri yayıb.
Nazir, eyni zamanda, deyib ki, əgər vəziyyət gərginləşərsə, Çin özünün tarixi məsuliyyətini yaddan çıxarmamalıdır.
Bundan əvvəl ÇXR lideri Si Tszinpin bəyan edib ki, Koreya yarımadasının «denuklerizasiyası»nın (nüvə materialından təmizlənmə) və sabitlik və sülhün qorunub saxlanması siyasətinin tərəfdarıdır.
Aprelin 5-də məlum olub ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində növbəti dəfə «tanınmayan» raket buraxıb. Şimali Koreya tərəfindən mümkün nüvə təhlükəsi və hərbi potensialın artırılması ilə bağlı olaraq, ABŞ hərbi-dəniz qüvvələrinin zərbə qrupu aprelin 9-da Koreya yarımadası sahillərinə göndərilib.
Bundan bir qədər sonra «The New York Times» qəzeti xəbər verib ki, Şimali Koreya daha bir nüvə sınağı keçirə bilər. Kütləvi informasiya vasitələrinin (KİV) məlumatına görə, peyk təsvirlərinin öyrənilməsi zamanı ekspertlər Mantapsan dağında fəallıq müşahidə ediblər. Bu dağda Şimali Koreyanın nüvə sınaqları keçirdiyi ehtimal olunur.
Tədqiqatçılar bu nəticəyə gəliblər ki, KXDR-nın yeni sınağı son 10 ildə sayca altıncı və «mümkündür ki, ən güclü»sü ola bilər.

Şərhlər