Menu

Bir maşın vurdu, digəri üzərindən keçdi - Piyadanın dəhşətli sonu 

13.04.2017, 20:01
Bir maşın vurdu, digəri üzərindən keçdi - Piyadanın dəhşətli sonu 

Abşeron rayonunda ağır yol qəzası baş verib.

ARB TV xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb.

Magistralda yüksək sürətlə hərəkət edən "Mercedes”in qarşısına qəfil piyada çıxıb. Nəticədə avtomobili saxlaya bilməyən sürücü piyadanı vurub. Zərbənin təsirindən piyada bir neçə metr aralı düşüb. Bu zaman magistralla hərəkətdə olan digər "Mercedes Vito" markalı avtomobil piyadanın üstündən keçib. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Meyid müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb. Hər iki "Mercedes” markalı avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol