Menu

Siqaretin qiyməti artırılsın - Deputatdan təklif

14.04.2017, 21:56
Siqaretin qiyməti artırılsın - Deputatdan təklif

Azərbaycanda filtrsiz siqaretin istehsalının qadağan olunması təklif edilib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirə olunub.

Çıxış edən deputat Rüfət Quliyev belə bir fikir bildirib ki, filtrsiz siqaret istehsalı qadağan olunmalıdır. O qeyd edib ki, belə siqaretlər filtrli siqaretlərdən 3-4 dəfə çox ziyanlıdır.

R.Quliyev, həmçinin tütünlə mübarizə məqsədilə siqaretin qiymətinin artırılmasını təklif edib. /azvision.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol