Menu

İŞİD Mosulda hücum zamanı kimyəvi silahdan istifadə edib

15.04.2017, 20:27
İŞİD Mosulda hücum zamanı kimyəvi silahdan istifadə edib

İŞİD terrorçuları Mosulun qərb hissəsinin bu günlərdə azad edilmiş hissəsinə hücum zamanı zəhərləyici qazdan istifadə ediblər.  Bunu “Associated Press” İraq hərbçilərinə istinadən xəbər verib.

Antiterror qüvvələrinin tərkibində döyüşən zabitin bildirdiyinə görə, hücum dünən Əl-Abar rayonunda baş tutub və terrorçular xlorlu raket atıblar.

Onun sözlərinə görə, 7 hərbçidə tənəffüs problemləri yaranıb və onlar xəstəxanaya yerləşdiriliblər.(virtualaz.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol