Menu

Filippində 5,2 bal gücündə zəlzələ baş verib

16.04.2017, 10:46
Filippində 5,2 bal gücündə zəlzələ baş verib

Filippinin cənubunda 5,2 bal gücündə zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi ölkənin Vulkanologiya və Seysmologiya İnstitutuna istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 04:46-da Vao şəhərindən 12 kilometr qərbdə, Lanao-del-Sur vilayətində qeydə alınıb. Zəlzələnin episentri 5 kilometr dərinlikdə yerləşib.

Hələlik tələfat və ya dağıntı barəsində məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol