Menu

«Şimali Koeya ABŞ üçün sadəcə, bəhanədir» - Hərbi ekspert

17.04.2017, 10:23

koreya-kim«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik Aleksandr Jilin «ABŞ Şimali Koreyaya preventiv (qabaqlayıcı) zərbə endirməyə hazırdır» səciyyəli məlumatlarıı şərh edib. Qeyd olunduğu kimi, ABŞ əmin olsa ki, Pxenyan sayca 6-cı nüvə sınağını keçirmək niyyətindədir, o zaman Vaşinqton «qabaqlayıcı zərbə» endirə bilər.

«Şimali Koreya - yalnız bəhanədir. ABŞ Pxenyana Cənubi Koreyaya zərbə endirmək imkanı verəcək və sonra isə yarımada ilə haqq-hesab çəkəcək» - deyə, ekspert bildirib.

ABŞ KİV-nin məlumatına görə, Vaşinqton bu məqsədlə «Tomaqavk» qanadlı raketləri ilə silahlanmış iki esmines hazırlayıb. Bundan başqa, «Karl Vinson» aviadaşıyıcısı da Şimali Koreyaya aviazərbə endirə biləcək məsafəyə qədər yaxınlaşıb.

«Cənubi Koreya özünün «Samsunq»u, avtomobilləri, digər texnikaları ilə dünya bazarında «həddindən artıq çevikliklə dolaşmağa» və rəqabət aparmağa başlayıb. Bu, Şimali Koreyanı Cənubi Koreyaya qarşı qoymaqdır. Sonra isə, əlbəttə, Şimali Koreyaya zərbə endirəcəklər və bütöv yarımadanı xaosa qərq edəcəklər» - deyə, ekspert əlavə edib.

Bu baxımdan, Çinin narahatlığı və son bəyanatları başa düşüləndir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol