Menu

"Real" və "Bavariya" məni istəyir" - Eden Azar

18.04.2017, 20:45

hazard"Çelsi"nin futbolçusu Eden Azar komandadakı gələcəyi haqda danışıb.

Qol.az-ın məlumatına görə, bu barədə Britaniya mətbuatına açıqlama verən 26 yaşlı yarımmüdafiəçi "Real" və "Bavariya"nın onunla maraqlandığını deyib:

"PSJ-nin mənimlə maraqlanması xəbəri doğru olmasa da, Madrid "Real"ı və "Bavariya" məni istəyir. Başqa komandalarda oynamaq istəyi bəzən əlbəttə ki, olur. Ancaq klubumla müqaviləm var. Ən əsas da, bu ili uğurla başa vurmaq istəyirəm."

Qeyd edək ki, belçikalı futbolçu 2012-ci ildən "Çelsi"nin şərəfini qoruyur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol