Menu

Türkiyədə fövqəladə vəziyyət daha 3 ay uzadıldı

18.04.2017, 21:36

ankara_291113Türkiyə hökuməti ölkə ərazisində fövqəladə vəziyyət rejimini daha 3 ay uzadıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə parlamenti qərar qəbul edib.

Beləliklə, parlamentin qəbul etdiyi bu qərarla ölkə ərazisində fövqəladə vəziyyət rejimi iyulun 19-dək davam edəcək.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan bir neçə dəfə uzadılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol