Bu gecə Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilir.
"AzPolitika" xəbər verir ki, İspaniyada "Real" doğma arenada alman nəhəngi "Bavariya"nı qəbul edəcək. İlk qarşılaşmada çətinliklə də olsa (2:1) qələbə qazanan Madrid təmsilçisi, cavab görüşünə üstün tərəf kimi çıxacaq.
Gecənin digər qarşılaşmasında isə Madridin digər təmsilçisi "Atletiko" səfərdə İngiltərənin "Lester" klubu ilə qarşılaşacaq.
1/4 final, cavab oyunları
18 aprel
22:45. “Real” (İspaniya) - “Bavariya” (Almaniya) - TRT 1
İlk oyun - 2:1
22:45. “Lester” (İngiltərə) - “Atletiko” (İspaniya)
İlk oyun - 0:1


Şərhlər