Menu

Əhmədinejada seçkidə iştirak etməyə icazə verilməyib

21.04.2017, 01:35
Əhmədinejada seçkidə iştirak etməyə icazə verilməyib

İslam İnqilabı Keşikçiləri Şurası İranın keçmiş prezidenti Mahmud Əhmədinejada prezident seçkilərində iştirak etməyə icazə verilməyib.

Trend-in məlumatına görə, Əhmədinejad apreldə prezident seçkiləri üçün namizəd qismində qeydiyyatdan keçib.

Seçkilərdə indiki prezidenti Həsən Ruhanidən başqa beş namizəd iştirak edəcək. Prezident seçkiləri mayın 19-da keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl İranın Ali lideri ayətulla Əli Xamneyi M.Əhmədinejatı seçkilərdə iştirak etməməyə çağırmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol