Menu

Martda nəqliyyat və yükdaşıma xidmətlərinin qiymətləri ucuzlaşıb

23.04.2017, 13:11

statistika komitesiCari ilin martında nəqliyyat xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 2,1 faiz, o cümlədən yükdaşıma xidmətlərinin qiymətləri 2,5 faiz ucuzlaşıb, sərnişindaşıma xidmətlərinin qiymətləri isə 0,5 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ay ərzində poçt və kuryer xidmətlərinin və rabitə xidmətlərinin qiymətlərində əvvəlki ayla müqayisədə dəyişiklik müşahidə olunmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol