Həbsdə olan MTN generalının məhkəməsinin vaxtı açıqlanıb
Ləğv olunmuş MTN-in sabiq Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.
APA-nın məlumatına görə, cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Elbəyi Allahverdiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 27-ə təyin edilib.
Cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Elbəyi Allahverdiyevin icraatına verilən işə Bakı Hərbi Məhkəməsində deyil, Sabunçu Rayon Məhkəməsində baxılacaq. Bakı Hərbi Məhkəməsində geniş iclas zalı olmadığı üçün prosesin Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilməsinə qərar verilib.
Xatırladaq ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub.
Daha sonra MTN barəsində aparılan istintaq zamanı o, tutduğu vəzifədən azad edilərək general-mayor MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib.
Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs olunub.


Şərhlər