Menu

Donald Tramp "erməni soyqırımı" ifadəsini işlətmədi

24.04.2017, 19:29
Donald Tramp "erməni soyqırımı" ifadəsini işlətmədi

ABŞ prezidenti Donald Tramp aprelin 24-də verdiyi bəyanatda "erməni soyqırımı" ifadəsini işlətməyib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, D.Tramp sələfi Barak Obama kimi 1915-ci il hadisələrini sadəcə olaraq "böyük fəlakət" adlandırıb.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının 83 üzvü D.Trampa məktub ünvanlayaraq 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanımasını istəmişdi. Məktubda ABŞ prezidenti Ronald Reyqanın 1981-ci ildə "erməni soyqırımı" ifadəsini işlətdiyi xatırladılıb. Məktubu imzalayanlar arasında Respublikaçılar Partiyasından olanların sayı 10-dan az olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol