Menu

Əfqanıstanda hərbi baza yaxınlığında partlayış baş verib, ölənlər var

24.04.2017, 22:57

partlayis5Əfqanıstanın Xost şəhərində ABŞ-a məxsus hərbi bazanın yaxınlığında güclü partlayış baş verib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4 əfqan hərbçisi ölüb, daha 8-i yaralanıb. Yaralılar arasında 2 dinc sakinin olduğu bildirilir.

Törədilən partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

Xatırladaq ki, aprelin 21-də Əfqanıstanın Balx əyalətində “Taliban” silahlılarının hərbi bazaya hücumu nəticəsində 170 nəfər ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol