Menu

Sosial evlərin tikintisinə bu şirkətlər də qoşuldu – SİYAHI

25.04.2017, 09:49
Sosial evlərin tikintisinə bu şirkətlər də qoşuldu – SİYAHI

Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində "MİDA" MMC dörd şirkətlə müqavilə imzalayıb.

"MİDA" MMC-dən verilən məlumata görə, dövlət şirkəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yaşayış kompleksinin tikintisi ilə əlaqədar fevralın 14-də 4 lot üzrə keçirilmiş açıq tenderin nəticələrinə əsasən Lot-1 üzrə "Hovers Group" MMC, Lot-2 üzrə "SMT İnşaat" MMC, Lot-3 üzrə "Caspian GLG" MMC və Lot-4 üzrə "Bakelektro" ASC qalib müəyyən edilib.

Qalib şirkətlərlə müvafiq satınalma müqavilələri bağlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol