Menu

Qıcolmadan öldüyü bildirilən şəxsi avtomobil vurubmuş

25.04.2017, 13:19
Qıcolmadan öldüyü bildirilən şəxsi avtomobil vurubmuş

Bakıda qıcolma ilə xəstəxanaya daxil olaraq orada ölən şəxsin yol qəzasında aldığı xəsarətdən ölməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 18-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindən Bakı şəhər sakini Şahin Şahmuradov qıcolma diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ş.Şahmuradovun yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib.

Aparılan əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsini "QazEL" markalı avtomobillə törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rafiq Həsənov saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol