Menu

Rusiyanın “MiQ-31” qırıcı təyyarəsi qəzaya uğradı

26.04.2017, 14:22
Rusiyanın “MiQ-31” qırıcı təyyarəsi qəzaya uğradı

Rusiyanın Zabaykal diyarının Çita rayonunda “MiQ-31” qırıcı təyyarəsi qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, təyyarə Çitadan 120 km aralıda yerləşən əraziyə düşüb. Qırıcının göyərtəsində iki pilot olub. Onların vəziyyəti müəyyənləşdirilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qırıcı Buryatiyanın Telemba hərbi poliqonuna düşüb və hər iki təyyarəçi sağdır. İlkin məlumata əsasən, onlar katapultasiya ediblər.

Qeyd edək ki, qeyri-rəsmi mənbələr bir “MiQ-31”in qiymətinin 35 milyon dollar olduğunu bildirirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol