Menu

Leş mafiyasına qarşı polis əməliyyatı – “Elba” MMC-də 6 ton murdar ət yaxalandı 

27.04.2017, 15:38
Leş mafiyasına qarşı polis əməliyyatı – “Elba” MMC-də 6 ton murdar ət yaxalandı 

Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini 60 yaşlı Nafiq Əliyevin idarə etdiyi "Hyundai" markalı yük avtomobili saxlanılıb.

Avtomobilin yük yerinə baxış zamanı hər biri 20 kq olmaqla ümumilikdə 50 qutu (1000 kq) ət aşkarlanıb. Bundan başqa rayonun Quşçular kəndi ərazisində 6 ton murdar ət aşkarlanıb. Polisin keçirdiyi əməliyyat nəticəsində murdar ət “Elba 999” MMC-nin sözügedən kənddəki kəsim sexində tutulub.

“Elba 999” şirkətinin rayon ərazisindəki kəsim sexinin anbarına yığılan murdar ətlər kolbasa-sosis istehsalına gedəcəkmiş. Həmçinin sözügedən şirkətin Bakıdakı və ölkənin başqa rayonları ərazisindəki dönər mağazalarına burdan murdar ət göndərilirmiş.

Məlumatda bildirilir ki, murdar ətlər at-eşşək və ölmüş mal-qara ətləri olub. Bu məhsullar kəsim sexinə Daşkəsənin baş baytarı Füzuli Nağıyevin möhürü ilə qəbul edilib. Baytar həkim guya bu ətlərin mənşəyinin məlum olduğu, gigiyenik baxımdan normalara cavab verdiyi haqda arayış verirmiş. Mənbənin dediyinə görə, bu iş üçün həkimə “Elba 999” şirkətinin rəhbəri Elçin Rüstəmov rüşvət verirmiş. (Musavat.com)

unnamed.jpg (11 KB)

Məlumata görə, "Elba 999" şirkətinin Daşkəsən rayon Quşçu kəndi ərazisində yerləşən kəsim emalı fabrikinə baxış keçirilən zaman, oradan daha 4 ədəd baş, ümumi çəkisi 5680 kq olan qablaşdırılmış və dondurulmuş mənşəyi məlum olmayan ət aşkarlanaraq götürülüb.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol