Menu

Türkiyədə rusiyalı generalın tabutu tapılıb! - FOTO

27.04.2017, 18:50
Türkiyədə rusiyalı generalın tabutu tapılıb! - FOTO

AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, Türkiyənin Adana əyalətində tikinti prosesi çərçivəsində aparılan qazıntı işləri zamanı fəhlələr maraqlı «kəşf»ə imza atıblar. Belə ki, onlar içərisində bir hərbçinin cəsədi (skeleti) olan tabut tapıblar.

Hərbçinin geyiminin elementləri yaxşı qaldığından, hadisə yerinə gəlmiş arxeoloqlar cəsədin Rusiya generalına məxsus olduğunı asanlıqla müəyyən edə biliblər.

Qars şəhərindən olan muzey işçiləri ehtimal edirlər ki, rusiyalı general təxminən 140 il əvvəl yaşayıb və Rusiyanın Zaqafqaziyaya və Türkiyəyə yürüşlərində iştirak edib. O, bu ərazidə 1878-ci ildən sonra - bu ərazilər növbəti Rusiya-Türkiyə müharibəsinin gedişində Rusiya ordusu tərəfindən işğal olunandan sonrakı dövrdə dəfn oluna bilərdi.

Hal-hazırda tapıntı hüquq-mühafizə orqanları tərəfindən öyrənilir. Sonra tabut (ölmüşün skeleti) arxeoloqların sərəncamına veriləcək.

Картинки по запросу Türkiyədə rusiyalı generalın tabutu tapılıb!Картинки по запросу Türkiyədə rusiyalı generalın tabutu tapılıb!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol