Menu

Rusiyaya qarşı sanksiyalar effektsizdir! - BMT məruzəçisi

28.04.2017, 22:17

publika.az1450075127BMT-logo-1«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) birtərəfli məcburi tədbirlərin insan hüquqlarının həyata keçirilməsinə təsiri üzrə xüsusi məruzəçisi İdris Cazairi bəyan edib ki, Rusiya hətta sanksiyalar şəraitinə də adaptasiya olunur, bu tipli iqtisadi məhdudiyyətlər isə günahsız insanların hüquqlarına zərər vurur.

«Bir daha aydın oldu ki, birtərəfli sanksiyalar qarşıya qoyulan məqsədlərə çatmaq istiqamətində effektsizdir və günahsız insanların hüquqlarına ziyan vurur» - deyə, BMT təmsilçisi bəyan edib.

Xüsusi məruzəçi qeyd edib ki, Rusiya Federasiyasının əhalisi duruma adaptasiya olunub: «Rusiya öz iqtisadiyyatını elə təkmilləşdirə bilib ki, bunun sayəsində sanksiyaların birbaşa nəticələrini yumşalda və ya onlardan tamamilə qaçmağa müvəffəq olub».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol