Menu

 “Qeyri-qanuni mühacirlərin sayı 73% azalıb” - Tramp

28.04.2017, 23:47
 “Qeyri-qanuni mühacirlərin sayı 73% azalıb” - Tramp

ABŞ-ın cənub sərhədlərində qeyri-qanuni mühacirlərin sayı 73% azalıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Corciya ştatında çıxış edərkən bəyan edib.

“Cənubda ABŞ-a keçmək istəyən miqrantların sayı 73% azalıb. Məhz bu səbəbdən Meksika ilə aramızda divarın olması zəruridir. Yadınıza salmaq istəyirəm ki, 2001-ci il 11 sentyabr hadisəsindən Boston marafonunadək terror aktlarını törədənlər ABŞ-a digər ölkələrdən gələnlər olub. Bu səbəbdən miqrasiya təhlükəsizliyi hazırda milli təhlükəsizlik anlamına gəlir”, deyə D.Tramp vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol