Menu

İŞİD terrorçuları "Taliban" liderlərindən birini öldürüb

29.04.2017, 23:51
İŞİD terrorçuları "Taliban" liderlərindən birini öldürüb

İŞİD terrorçuları Əfqanıstanda "Taliban" hərəkatının liderlərindən birini öldürüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" əfqan taliblərinə istinadən məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə Pakistanın şimal-qərbindəki Peşavar şəhərində baş verib. "Taliban" hərəkatındakı mənbənin agentliyə verdiyi məlumata görə, öldürülən şəxs Maulvi Dauddur. O, şəhər ətrafında qruplaşmalar arasında baş vermiş silahlı qarşıdurmada məhv edilib.

Daudla yanaşı, daha 2 nəfər də öldürülüb.

"Taliban"ın nümayəndəsi Zabiullah Mücahid Daudun ölümünü təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol