Menu

Qazaxda "avtoşluq" etmək istəyən şəxs maşını divara çırpıb

30.04.2017, 22:42

gece reyd avtosh gh Axşam saatlarında Qazax rayonunun Canallı kəndində avtoxuliqanlıq edən şəxs qəza törədib.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-21015" markalı avtomobillə "avtoşluq" etmək istəyən kənd sakini idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb.

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaralı ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Hadisə şahidlərinin dediyinə görə, sürücü avtomobil ilə asfaltı "yazmaq" istəyirmiş.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol