Menu

ABŞ-da naməlum şəxs universitetə hücum edib - Ölən var

02.05.2017, 00:06
ABŞ-da naməlum şəxs universitetə hücum edib - Ölən var

ABŞ-da naməlum şəxs universitetə hücum edib.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, hadisə Texas ştatında, Ostin şəhərində baş verib.

Belə ki, naməlum şəxsin soyuq silahla hücumu nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Məlumatda bildirilir ki, polis bir nəfəri saxlayıb.

Xəsarət alanların dəqiq sayı məlum deyil. Lakin şahidlər həkimlərin hadisə yerindən 3 ağır yaralını apardığını bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol