Menu

Bakıda 10 min manatlıq qızılı oğurlanan qadın bacısından şübhələndiyini deyib

02.05.2017, 17:25
Bakıda 10 min manatlıq qızılı oğurlanan qadın bacısından şübhələndiyini deyib

Bakıda sanatoriyada oğurluq olub.

“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonunda yerləşən “Gilavar” sanatoriyasında qeydə alınıb.

Belə ki, orada yaşayan 1982-ci il təvəllüdlü A.Əliyevadan 10 000 manat dəyərində qızıl-zinət əşyaları, planşet və mobil telefon oğurlanıb.

A.Əliyeva polisə izahatında öz bacısından şübhələndiyini deyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol